Arda Güler Avstraliyaya məğlubiyyətdən danışdı

Arda Güler Avstraliyaya məğlubiyyətdən danışdı

Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler 2026-cı il dünya çempionatının qrup mərhələsinin I turunda komandasının Avstraliya yığmasına 2:0 hesabı ilə məğlub olduğu oyunla bağlı fikirlərini bölüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində fəaliyyət göstərən "Rising Stars XI" hesabına açıqlamasında danışıb.

"İlk növbədə Avstraliya yığmasını təbrik edirəm. Onlar yaranan imkanlardan istifadə etdilər, biz isə bunu bacarmadıq. 

Lakin səmimi desəm, bəzi qərarlarla barışmaq çətindir. Elə epizodlar oldu ki, bir çoxumuz topun əllə oynanılması ilə bağlı qayda pozuntusunun qeydə alınmalı olduğunu düşünürdük, amma oyun davam etdirildi. Mən demirəm ki, məğlubiyyətimizin yeganə səbəbi budur, lakin belə məqamlar qarşılaşmanın gedişatına təsir göstərə bilər.

Baş hakim vəziyyəti fərqli qiymətləndirdi və biz onun qərarı ilə razılaşmasaq da, buna hörmət etməliyik. Sonda isə günahı ilk növbədə özümüzdə axtarmalıyıq. Komanda kifayət qədər qol vəziyyəti yarada bilmədi, müdafiədə də istənilən səviyyədə çıxış etmədi və Avstraliya bundan maksimum yararlandı.

Azarkeşlərin məyus olmağa tam haqqı var. Biz də çox məyusuq. Bu məğlubiyyətdən nəticə çıxaracağıq, daha güclü qayıdacağıq və bu nəticənin turnirdəki taleyimizi müəyyənləşdirməsinə imkan verməyəcəyik", - deyə Arda Güler bildirib (Oxu.az)

"Cebheinfo.az"