Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI
Rusiya Quru Qoşunlarının keçmiş baş komandan müavini, istefada olan general-leytenant Yevgeni Bujinski Cənubi Qafqazda qarşıdurmanın yeni mərhələsinin mümkünlüyü barədə xəbərdarlıq edib.
“Cebheinfo.az” bu barədə “OrdoMundi.ru”-ya istinadən xəbər verir.
O hesab edir ki, İran və İsrail arasındakı münaqişənin daha da şiddətlənməsi regionun nəqliyyat və enerji dəhlizlərini, o cümlədən Azərbaycandan keçən marşrutları təhlükə altına qoya bilər.
Bujinskinin sözlərinə görə, Cənubi Qafqaz infrastrukturunun təhlükəsizliyi birbaşa İran ətrafındakı gərginlikdən asılıdır:
“Tehran və Qüds arasında münasibətlər gərginləşərsə, regionu xarici bazarlarla birləşdirən əsas logistika və enerji arteriyaları hücuma məruz qalacaq”.
Bujinski vurğulayıb ki, Azərbaycandan keçən tranzit marşrutları risk altındadır: “Bu, regional logistikanın xarici geosiyasi böhranlara qarşı həssaslığını göstərir.
İran ətrafında artan gərginlik fonunda Cənubi Qafqaz üçün risklər barədə açıqlamalar getdikcə daha çox yayılır. Bakı bizə xatırladır ki, regionun təhlükəsizliyi təkcə qonşuları ilə ikitərəfli münasibətlərlə deyil, həm də sərhədlərindən kənarda olan münaqişələrlə müəyyən edilir. Hələlik bu qiymətləndirmələr proqnoz olaraq qalır”.
Xəzər
“Cebheinfo.az”


