ABŞ-nin İrandan əsas tələbi BUDUR

ABŞ-nin İrandan əsas tələbi BUDUR

ABŞ İranla Tehranın Hörmüz boğazını tranzit haqqı almadan yenidən açmasını, ABŞ-nin isə İran limanlarına qarşı blokadasını ləğvini tələb edən çərçivə sazişi imzalayacaq.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ administrasiyanın yüksək vəzifəli rəsmisi bildirib.

"Biz düşünürük ki, razılaşma əldə etmişik. Bu, əla və çox güclü bir razılaşmadır", - deyə rəsmi “Fox News”-a bildirib.

ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, İrandan strateji su yolunu tariflərsiz yenidən açması tələb olunacaq: 

“Bu da aylardır davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan danışıqlarda ABŞ-nin əsas tələbidir”.

Rəsmi, həmçinin qeyd edib ki, ABŞ blokadası boğazın yenidən açılması ilə eyni vaxtda qaldırılacaq və növbəti mərhələ suların minalardan təmizlənməsinə yönələcək.

Xəzər
“Cebheinfo.az”