Etirazçılar Trampın kürəkəninin istirahət zonasının hasarlarını SÖKDÜ

Etirazçılar Trampın kürəkəninin istirahət zonasının hasarlarını SÖKDÜ

Albaniyada ABŞ Prezidenti Donald Trampın kürəkəni Careld Kuşnerin  sahilboyu ərazilərin inkişafına dair layihəsinə qarşı etirazlar zamanı tikinti sahəsindəki hasarlar sökülüb. 

200 nəfər Adriatik dənizi sahilindəki lüks ərazinin ətrafındakı metal hasarları və tikanlı məftilləri söküb.

“Cebheinfo.az” bu barədə “The Guardian”-a istinadən xəbər verir. Etirazlar bir neçə həftədir davam edir və xüsusilə Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli bir şirkətin iştirakı ilə inkişaf etdirilən Vlora şəhəri yaxınlığında lüks kurort kompleksi tikmək planları ilə əlaqədardır. Bu ərazi flaminqoların yaşayış və dəniz tısbağaları üçün yuva yeri kimi tanınır.

Şənbə günü ölkənin şimal-qərbindəki Rjoll kəndində sakinlərin başqa bir layihəyə qarşı nümayiş keçirdiyi ayrı bir etiraz aksiyası keçirilib. Etirazçıların sözlərinə görə, tikinti əvvəllər onlardan müsadirə edilmiş ərazidə aparılır.

Etirazçılar Albaniya bayraqlarını dalğalandırıb və "İnqilab!" şüarları səsləndiriblər. Hasarları sökərkən polislə bəzi toqquşmalar olub, lakin hüquq-mühafizə orqanları sökülməyə mane olmayıb.

Yerli sakinlərdən biri Zeke Nikolle Şullani bildirib ki, etirazlar kəndlilər torpaqlarına görə kompensasiya alana qədər davam edəcək.

"Biz torpaqları müsadirə edilən 200 ailəyik", - deyə o bildirib. Digər etirazçı Nikolin Markpalaja bildirib ki, hakimiyyət orqanları və investorlar yerli sakinlərin fikirlərini qulaqardına vurur və onlarla məsləhətləşmələr aparmayıblar.

Albaniya hökuməti beşulduzlu kurort kompleksinin tikinti layihəsinə "strateji investor" statusu verib.

Xəzər
“Cebheinfo.az”