ABŞ-də qırıcı təyyarə qəzaya uğrayıb - VİDEO

ABŞ-də qırıcı təyyarə qəzaya uğrayıb - VİDEO

ABŞ-nin Vaşinqton ştatı ərazisində hərbi təyyarə qəzaya uğrayıb. Söhbət təlim uçuşu həyata keçirən "F/A-18 Hornet" qırıcı təyyarəsindən gedir.

Oxu.Az NBC telekanalına istinadən xəbər verir ki, qəzadan sonra ştatın meşəlik hissəsində yanğın başlayıb.

Pilot xilas olmağı bacarıb. O, yüngül xəsarətlər alıb. Hüquq-mühafizə orqanları hadisəni dərindən araşdırmaq niyyətindədirlər.

"Bəyanatda günorta vaxtı Kaliforniyadakı "Miramar" dəniz piyadaları korpusunun aviabazasında dislokasiya olunmuş "F/A-18 Hornet" təyyarələrindən birinin iştirakı ilə baş vermiş qəzadan bəhs edilir", - deyə məlumatda bildirilir.

https://t.me/aznovost/167154?single

"Cebheinfo.az"