Vinisius Mərakeş millisi ilə oyunda havadan və otdan şikayətləndi

Vinisius Mərakeş millisi ilə oyunda havadan və otdan şikayətləndi

Braziliya millisinin vingeri Vinisius Junior 2026-cı il dünya çempionatının qrup mərhələsinin I turunda Mərakeş yığmasına qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.

"Davamlı isti hava şəraiti hökm sürür, ot örtüyü çox tez quruyur və bu da oyunun tempinə təsir göstərir. Ritmi tuta bilmirik və bu bizə çətinlik yaradır. Çünki biz oynamağı, topu bir cinahdan digərinə sürətlə ötürməyi sevirik. Mövcud şərait isə oyun üslubumuza mane olur.

Lakin biz buna uyğunlaşmalıyıq. Düşünürəm ki, bütün turnir ərzində şərait belə olacaq və bütün komandalar eyni meydanlarda çıxış edəcəklər. Buna görə də oyunumuzu daha da inkişaf etdirəcək, təkmilləşəcək və böyük qələbələr qazanacağıq", - deyə Vinisius Junior bildirib.

Qeyd edək ki, Braziliya millisi növbəti turda Haiti yığması ilə qarşılaşacaq. Görüş iyunun 20-nə keçən gecə keçiriləcək.

"Cebheinfo.az"