Kükürd kraterinə yıxılan “hörümçək adam” ÖLDÜ
Yəmənin Mülki Müdafiə Xidməti ölkənin “hörümçək adam"ı kimi tanınan alpinist Antar əl-Absinin cəsədinin tapıldığını bildirib.
O, Əd-Dali əyalətindəki Harada Damt vulkanının kükürd kraterinə yıxıldıqdan sonra ölüb.
“Cebheinfo.az” bu barədə “Yemen Online”-a istinadən xəbər verir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər axtarış əməliyyatı başladıqdan bir neçə saat sonra sönmüş vulkanın içindəki isti sulardan cəsədi tapıblar. Əməliyyat əl-Absinin başqa bir dırmanış zamanı itkin düşməsindən dərhal sonra başlayıb.
“Əl-Qaaqa” ləqəbi ilə də tanınan Antar əl-Absi ekstremal səyahət və macəra məzmununun məşhur yaradıcısı idi. O, əlçatmaz dağ zirvələrinə dırmanışlarını və təhlükəli təbii yerlərə səfərlərini göstərən videoları ilə Yəməndə və xaricdə geniş tanınıb.
Riskli dırmanışları və cəsarətli hərəkətləri üçün əl-Absi izləyiciləri arasında "Yəmənin hörümçək adamı" ləqəbini qazanıb.
Xəzər
“Cebheinfo.az”


