Cənubi Koreyada "Miron" helikopterlərinin istismarı dayandırılıb

Cənubi Koreyada "Miron" helikopterlərinin istismarı dayandırılıb

Cənubi Koreya hərbçiləri mühərriklərdə qüsur aşkar edildikdən sonra yerli istehsal olan "LAH-1 Miron" helikopterlərinin uçuşlarını dayandırıb.

Bu barədə "Yonhap" agentliyi parlamentin deputatı Kan Sun Yona istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Müdafiə Satınalmaları Agentliyi yoxlama apararkən 57 helikopterdən 47-nin mühərriklərində korroziya aşkar edib və onların istismarını dayandırıb. Bu döyüş helikopterlərində istifadə olunan mühərriklər ilk olaraq Fransanın "Safran SA" aerokosmik şirkəti tərəfindən hazırlanıb.

Daha sonra bu işlə yerli "Hanwha" şirkəti məşğul olmağa başlayıb. Şirkət yığımın ilkin istehsalçının tələblərinə cavab verdiyini bildirib və "Safran"dan əlavə təsdiq tələb etməyə borclu olmadıqlarını qeyd edib.

"LAH-1 Miron" helikopteri köhnələn birmühərrikli 500MD və "AH-1S Cobra" zərbə helikopterlərini əvəz etmək üçün silahlanmaya qəbul edilib.

Müdafiə Satınalmaları Agentliyi problemlərin aradan qaldırılması prosesinə nəzarət edəcək. Ölkənin Hərbi Hava Qüvvələri 2031-ci ilə qədər 160-a yaxın "Miron" helikopterini istismara verməyi planlaşdırır.

"Cebheinfo.az"