Şimali Kiprin baş naziri Azərbaycanı təbrik edib

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik edib

"15 İyun- Milli Qurtuluş Günü münasibətilə Azərbaycana ən səmimi təbriklərimi çatdırıram".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Bakıda media nümayəndələrinə açıqlamasında deyib.

"15 İyun sadəcə bir tarix deyil, Azərbaycanın birlik və həmrəyliyinin yenidən gücləndiyi gündür. Mərhum prezident Heydər Əliyevin ortaya qoyduğu dövlətçilik baxışı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib, Azərbaycanı regionda və Türk dünyasında söz sahibi olan bir ölkəyə çevirib. Bu gün güclü Azərbaycan təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyidir.

Şimali Kipr Türk Cümhuriyyəti olaraq Azərbaycanın sevincini öz sevincimiz, uğurunu öz uğurumuz hesab edirik.

Çünki Azərbaycanın gücü Türk dünyasının gücüdür. Azərbaycanın uğuru Türk dünyasının uğurudur. Azərbaycanın yüksəlişi qardaş xalqların yüksəlişidir.

Bu münasibətlə qardaş Azərbaycan xalqının Milli Qurtuluş Gününü ürəkdən təbrik edir, birlik və bərabərliyinin daim olmasını arzulayıram", - deyə Baş nazir bildirib.

"Cebheinfo.az"