Ermənistanda səslər yenidən sayıldı - Nəticələr dəyişdi

Ermənistanda səslər yenidən sayıldı - Nəticələr dəyişdi

Ermənistan Mərkəzi Seçki Komissiyası ərazi seçki komissiyaları tərəfindən aparılan səslərin yenidən sayılmasının nəticələrinin başa çatdığını bildirib. 
Səslərin sayılması 637 seçki məntəqəsində aparılıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, yenidən hesablamadan sonra nəticələr aşağıdakı kimi dəyişib.

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının səslərinin sayında artım baş verib.

Beləliklə, 1 148 əlavə səs əldə edən hakim partiya ümumi səslərinin sayını 727 820-ə çatdırıb. 

Rusiyalı milyerder Samvel Karapetyanın liderik etdiyi “Güclü Ermənistan” blokunun (“Güclü Ermənistan”, “Yeni Dövr”, “Birləşmiş Ermənilər” partiyaları) səsləri isə 508 ədəd artıb 340.088-ə qalxıb.

Sabiq prezident Robert Köçəryanın lideri olduğu “Ermənistan” blokunun (“Daşnaksütyun” Erməni İnqilabi Federasiyası və “İrəli” partiyalarının daxil olduğu) səslərinin sayı da artıb. 

“Ermənistan” bloku 217 əlavə səs əldə ediv və  yekun nəticə 145.113 səs təşkil edb. 

4 faizlik barajı keçə bilmədiyinə görə parlamentə düşə bilməyən “Çiçəklənən Ermənistan” partiyasının səsləri də yenidən sayılıb.

Nəticədə, ÇEP 147 əlavə səs əldə edərək ümumi nəticəni 58 min 378-ə qədər artırıb. 
Keçmiş ombudsman Arman Tatoyanın “Birlik Qanadları” partiyasının da səslərində azalma baş verib. Onun 56 səsi qanunsuz hesab edilərək 33 644-ə endirilib.  

Ermənistanın “Meritokratik” partiyasının səsləri 117 ədəd azalaraq 30.807-ə düşüb.

“İslahatçılar” partiyası - 11 səs az, yəni 1 456 səs qazanıb. 

Eks-prezident Levon Ter-Petrosyanın “Ermənistan Milli Konqres” partiyasının topladığı səslərin 47-si ləğv edilərək 3 206-a endirilib. 

Aram Sarkisyanın “Respublika” partiyasının 8 əlavə səs əldə edərək nəticəni 15 835-ə çatdırıb. 

“Xristian Demokrat” partiyasının səsləri dəyişməyərək əvvəlki kimi 2679 üzərində saxlanılıb. “Demokratik Həmrəylik” partiyasının 14 səsi azalaraq 5 284-ə düşüb. 

“Demokratiya. Qanun. İntizam” partiyasının da 819 səsi etibarsız hesab edilib. Adıçəkilən partiya 26 567 səslə kifayətlənməli olub. 

“Respublika naminə demokratiyanın müdafiəçiləri” bloku isə 18 əlavə səs alıb. Nəticədə, sözügedən blok 6 750 səs qazanıb. 

“Parlaq Ermənistan” partiyasının da 55 əlavə səs əldə edib və yekun göstəricini  7 258-ə yüksəldib. 

Aşkarlanan qeyri-dəqiqliklərin ümumi sayı 1 279-dan 1 509-a (230-a) qədər artıb.

Etibarsız bülletenlərin sayı 17 097-dən 16 238-ə, yəni 859-a düşüb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”