Köçəryan Paşinyanı HƏDƏLƏDİ
Ermənistanda yenicə başa çatan parlament seçkilərinin rəsmi nəticələrinin elan olunması ərəfəsində ölkədə ciddi qalmaqal yaşanır.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə razılaşmayan sabiq prezident Robert Köçəryan hakimiyyəti qeyri-legitim elan edib.
“Bu seçkilər legitim sayıla bilməz”, - deyə Köçəryan bəyan edib.
O, Nikol Paşinyan iqtidarını hədələyərək “Mövcud hakimiyyət öz siyasətinin dağıntıları altında qalacaq”, - deyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

