"Crocus" terrorçularına yardım edən daha bir nəfər saxlanıldı - FOTO

"Crocus" terrorçularına yardım edən daha bir nəfər saxlanıldı - FOTO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və İstintaq Komitəsinin (İK) əməkdaşları tərəfindən ölkə ərazisində qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan "Batal-Hacı Belxoroyev" dini cərəyanının silahlı qanadının fəal üzvü ələ keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İstintaq Komitəsinin İnquşetiya üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, respublikanın 54 yaşlı sakininə qarşı terror fəaliyyətinə kömək etmə maddəsi ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayında Rusiyada qadağan olunmuş terror qruplaşmasının üzvü olaraq, axtarışda olan yerli sakinlərə yardım göstərib. Saxlanılan Həsən Altemirov əslində "Crocus City Hall"a hücum edən terrorçularla əlbir olub.

Crocus terrorçularına yardım edən daha bir nəfər saxlanıldı - FOTO

"Cebheinfo.az"