Şuşa Bəyannaməsinin 5 ili: Nələr dəyişdi?
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasını qoyan mühüm tarixi sənəd kimi qiymətləndirilir.
İki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəldən bu bəyannamə siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da güclənməsinə xidmət edir.
Şuşanın işğaldan azad edilməsindən sonra məhz bu şəhərdə imzalanması sənədə xüsusi simvolik məna qazandırıb.
Bəyannamənin qəbulundan ötən beş il ərzində onun regionda təhlükəsizliyin möhkəmləndirilməsi, Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsi və milli maraqların qorunması baxımından əhəmiyyəti daha aydın görünməkdədir.
Bəs Şuşa Bəyannaməsinin xalqımız üçün tarixi əhəmiyyəti nədr?
Deputat Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, bəyannamənin imzalanması bütün sahələrdə strateji əməkdaşlığı daha da dərinləşdirdi:

“Bəyannamə imzalanmışdan əvvəlki ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 160 milyon dollar idisə, bu göstərici ötən il 5 milyard 720 milyon dollaradək yüksəlib.
Məzh Şuşa Bəyannaməsi imzalanandan sonra ölkələr arasındakı ticarət dövriyyəsin 28 faiz artıb. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür. Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir.
Qardaş dövlət Azərbaycan ixracatında da ikinci ən böyük tərəfdaşdır: 13.5 faiz. Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır.
İqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib”.
Deputat qeyd edir ki, Şuşa Bəyannaməsinin nəticləri təbii ki, yalnız iqtisadi əlaqələrin dərinləşməsi ilə məhdudlaşmır:
“Bu iki ölkə arasında bütün sahələrdə sarsılmaz müttəfiqlik münasibətləri deməkdir”.
Aişə Abdulova
“Cebheinfo.az”

