Füzulidə avtomobil piyadanı vuraraq öldürüb

Füzulidə avtomobil piyadanı vuraraq öldürüb

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib.

Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"