Sərdar Berdiməhəmmədov Azərbaycana səfər edəcək

Sərdar Berdiməhəmmədov Azərbaycana səfər edəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.

O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək. 

"Cebheinfo.az"