Dünya Çempionatının 1 trilyonluq sponsoru bu şirkətdir
“2026-cı ilin futbol üzrə dünya çempionatında stadionlarda Səudiyyənin "Aramco" neft-qaz şirkətinin reklamlarını da görmək olar.
1930-cu ildən keçirilən futbol üzrə dünya çempionatlarında enerji şirkətlərinin reklamı nadir hadisə olub. Çünki "Aramco"dan öncə belə bir addımı yalnız "Gazprom" şirkəti atmışdı. Lakin "Gazprom" FIFA-nın “eksklüziv tərəfdaşı” deyildi və sponsorluq Rusiyada keçirilən 2018 mundialı ilə bağlı idi”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə neft-qaz məsələləri üzrə ekspert İlham Şaban öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, hazırda "Aramco" şirkətinin bazar qiyməti təxminən 1.75 trilyon dollar ətrafındadır:
"Aramco" isə 2024-cü ilin aprelində FIFA ilə imzaladığı dördillik müqaviləyə görə, “Major Worldwide Partner” statusuna malikdir.
"Aramco" reklamlarını FIFA-2026-da görməyiniz əslində daha böyük prosesin – enerji şirkətlərinin sadəcə neft satmaqdan çıxaraq qlobal brend və siyasi nüfuz alətinə çevrilməsinin - nəticəsidir. Bu mənada, "Aramco" reklamları "Coca-Cola" və "McDonald’s" reklamları qədər strateji xarakterə malikdir.
Bunu həm də enerji diplomatiyasının futbola transfer olunmasının ən bariz nümunələrindən biri kimi də qiymətləndirmək olar.
Hazırda "Aramco" şirkətinin bazar qiyməti təxminən $1.75 trilyon ətrafındadır. Dünyanın ən bahalı enerji şirkəti hesab edilir.
"Saudi Aramco" şirkəti 2026-cı ilin I rübündə gündəlik orta hesabla 12.6 milyon barrel neft ekvivalentində karbohidrogen hasil edib. 2026-cı ilin I rübündə şirkətin vergidən sonrakı xalis mənfəəti $32.5 milyard təşkil edib”.
"Cebheinfo.az"

