Bakıda yağış yağacaq: Şimşək çaxacaq
İyunun 14-dən 15-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
"Cebheinfo.az"

