Maşınlar toqquşub skuterə çırpıldı: Yaralı var - FOTOLAR
Gəncədə iki maşın toqquşub, skuter sürücüsü xəsarət alıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, iki avtomobil toqquşub. Toqquşma zamanı maşınlardan biri hərəkət edən skuter sürücüsünə çırpılıb.
Nəticədə skuteri idarə edən 1992-ci il təvəllüdlü Göygöl sakini Turxan Hüseynov xəsarət alıb.
Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
"Cebheinfo.az"

