İsrail ordusu Livanın cənubundakı 29 qəsəbənin sakinlərinə təxliyə çağırışı edib
İsrail Müdafiə Ordusu Livanın cənubundakı 29 yaşayış məntəqəsinin sakinlərinə "Hizbullah" qruplaşmasının obyektlərinə endiriləcək aviazərbələrlə əlaqədar təcili təxliyə barədə bildirişlər göndərib.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib.
"Biz atəşkəs razılaşmasını pozmağa davam edən "Hizbullah"a qarşı qəti tədbirlər görmək məcburiyyətindəyik", - o bildirib və təhlükəsizlik naminə insanların dərhal evləri tərk etməli olduğunu qabardıb.
Edri vurğulayıb ki, "Hizbullah" yaraqlılarının, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs öz həyatını təhlükəyə atır.
"Cebheinfo.az"


