Avstraliya - Türkiyə oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Futbol üzrə dünya çempionatında Avstraliya və Türkiyə yığmaları arasında keçirilən D qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Cebheinfo.az" xəbər verir ki, avstraliyalıların heyətində Nestori İrankunda oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, adıçəkilən futbolçu Türkiyə ilə qarşılaşmada (2:0) komandasının ilk qolunu vurub.
"Cebheinfo.az"


