Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tula vilayətində yerləşən “Novomoskovsk Azot” kimya zavoduna zərbə endirib.
Bu barədə UNIAN Rusiya mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib. Yerli sakinlər bir neçə partlayış səsi eşitdiklərini bildiriblər. Tula vilayətinin qubernatoru Dmitri Milyayev də pilotsuz aparatların hücumunu təsdiqləyib.
Bildirilir ki, “Novomoskovsk Azot” Rusiyanın ən iri kimya müəssisələrindən biridir. Zavod ammonyak, azot gübrələri, metanol, xlor, azot turşusu və digər kimyəvi məhsullar istehsal edir. Müəssisə “EuroChem” şirkətlər qrupuna məxsusdur.
İlkin məlumata əsasən, hadisə nəticəsində ölən olmayıb, iki nəfər yüngül xəsarət alıb.
Qeyd edək ki, bu, son həftələrdə “Novomoskovsk Azot” zavoduna edilən ilk hücum deyil. Daha əvvəl də müəssisənin dron hücumlarına məruz qaldığı və fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilmişdi.
"Cebheinfo.az"


