Moskvaya doğru hərəkət edən dörd PUA vurulub

Moskvaya doğru hərəkət edən dörd PUA vurulub

Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan dörd pilotsuz uçuş aparatının hücumunun qarşısını alıb.

Bu barədə Moskva meri Sergey Sobyanin "Max" platformasında məlumat verib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxta istiqamətlənən dörd PUA-nı məhv edib. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.

"Cebheinfo.az"