Tramp 80 illiyini təmtəraqlı keçirəcək
ABŞ Prezidenti Donald Tramp 80 illik yubileyini Ağ Evin Cənub Çəmənliyində keçiriləcək UFC qarışıq döyüş sənətləri turniri də daxil olmaqla, böyük bir tədbirlə qeyd edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bunu Associated Press agentliyi yazıb.
Agentliyin mənbələrinə görə, şənlik çərçivəsində “Səkkizbucaqlı”da qarışıq döyüş sənətləri yarışları keçiriləcək. Tədbirə minlərlə tamaşaçı ilə yanaşı, administrasiya, kabinet və Konqres üzvlərinin də qatılacağı gözlənilir.
Ağ Evin ərazisində işıqlandırma, səs avadanlığı və ekranlarla təchiz olunmuş müvəqqəti arena qurulacağı, bəzi tamaşaçıların isə yayımı yaxınlıqdakı açıq məkanlardan izləyə biləcəyi bildirilir.
Turnir təşəbbüsü təkcə Trampın ad günü ilə deyil, həm də ABŞ Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi ilə bağlı gündəmə gəlib.
Xəzər
“Cebheinfo.az”


