Ermənistanda parlament seçkilərinin yekun nəticələri ELAN EDİLDİ

Ermənistanda  parlament seçkilərinin yekun nəticələri  ELAN EDİLDİ

Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini elan edib.

"Cebheınfo.az" xəbər verır ki, nəticələrə əsasən, hakim "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,7 faizini toplayaraq birinci olub.

"Güclü Ermənistan" bloku seçicilərin 23,2 faizinin dəstəyini qazanıb.

"Ermənistan" bloku isə 9,9 faiz səs toplayıb.

Bununla yanaşı, "Çiçəklənən Ermənistan" Partiyası 3,89 faiz səs əldə edib. Partiya parlamentə düşmək üçün tələb olunan seçki baryerini aşa bilmədiyindən qanunverici orqanda təmsil olunmayacaq.

Beləliklə, son nəticələr belədir:

İslahat Partiyası  - 1425 səs və ya 0.0975%

"Mən hər kəsə qarşıyam" Partiyası - 21181 səs və ya 1.4497%

"Güclü Ermənistan" Bloku - 340006 səs və ya 23.271%

Ermənistan Meritokratik Partiyası - 30642 səs və ya 2.0972%

İslahat Partiyası "Yeni Güc" - 25523 səs və ya 1.7488%

"Vəhdlik qanadları" Partiyası - 33537 səs və ya 2.2954%

"Çiçəklənən Ermənistan" Partiyası - 58287 səs və ya 3.9893%

Pan-erməni  Milli Demokratik Qütb Partiyası - 5481 səs və ya 0.3751%,

Milli Dirçəliş və Milli Oyanış Partiyası - 1.986 səs və ya 0.1359%

Ermənistan Milli Konqres Partiyası - 3.143 səs və ya 0.2151%,

Respublika Partiyası - 15.808 səs və ya 1.0819%,

Xristian Demokratik Partiyası - 2.671 səs və ya 0.1828%,

Demokratik Birləşmə Partiyası - 5.269 səs və ya 0.3606%,

Demokratiya, Qanun, İntizam Partiyası - 25.758 səs və ya 1.7630%,

"Vətəndaş Müqaviləsi" Partiyası - 726.818 səs və ya 49.7456%,

Ermənistan Partiyalar Bloku - 144.983 səs və ya 9.9231%,

Respublika Bloku Partiyası adına Demokratiyanın Müdafiəçiləri - 6754 səs və ya 0.4623%,

Parlaq Ermənistan Partiyası - 7439 səs və ya 0.5091%.

Xəzər

"Cebheinfo.az"