DÇ-2026: Niderland millisi Yaponiya ilə heç-heçə etdi

DÇ-2026: Niderland millisi Yaponiya ilə heç-heçə etdi

Niderland komandası dünya çempionatının qrup mərhələsinin 1-ci turunda Yaponiya ilə 2:2 hesablı heç-heçə edərək turnirdəki məğlubiyyətsizlik seriyasını 13 matça çatdırıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, bu, komandanın sözügedən turnirdə 1965/1966 mövsümündən bəri qeydə alınan ən uzun seriyasıdır.

Niderland sonuncu dəfə Dünya çempionatında 2010-cu ilin finalında İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Niderland iyunun 20-də İsveç komandası ilə qarşılaşacaq.

"Cebheinfo.az"