Azərbaycanın 12 investisiya şirkətinin məcmu xalis mənfəəti 40 % azalıb

Azərbaycanın 12 investisiya şirkətinin məcmu xalis mənfəəti 40 % azalıb

Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin 2025-ci ildə məcmu xalis mənfəəti 4,28 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 39,9 % azdır.

İnvestisiya şirkətlərindən 3-ü – "CFI Financial", "MFX Trading" və "Troni" ötən ili zərərlə başa vurub. Hesabat dövründə "CFI Financial"ın zərəri artıb, "Troni"nin zərəri azalıb, "MFX Trading" isə mənfəətdən zərərə keçib. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 9 investisiya şirkətindən isə 5-i mənfəətini artırıb, 3-ü azaldıb. "Xalq Kapital" isə zərərdən mənfəətə keçib.

Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 6,839 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 25,1 % azdır. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.

2025-ci ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 2,559 milyon manat təşkil edib. Bu da illik müqayisədə 27,6 % çoxdur. Həm ötən il, həm də əvvəlki il vergi ödəmiş 8 investisiya şirkətindən 6-sı vergi ödəmələrini artırıb, 2-si azaldıb. 2 investisiya şirkəti nə ötən il, nə də əvvəlki il vergi ödəməyib. 1 investisiya şirkəti əvvəlki il vergi ödəmələrinə qənaət etdiyi halda, ötən il vergi ödəyib. 1 investisiya şirkəti isə əvvəlki il vergi ödəmələrinə qənaət edib, ötən il isə vergi ödəməyib.

"Cebheinfo.az"