Müharibədə ölənlərin sayı məlum oldu - FOTOLAR

Müharibədə ölənlərin sayı məlum oldu - FOTOLAR

Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın gecə saatlarında həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumlarından sonra Kiyev-Peçersk Lavrası (Mağaralar Monastırı) kompleksinin əsas məbədi olan Uspenski kafedralında yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hücumlar nəticəsində paytaxtın müxtəlif bölgələrində dağıntılar qeydə alınıb.

Uspenski kafedralında baş verən yanğına yanğınsöndürmə briqadaları müdaxilə edib.

Ukrayna-Rusiya müharibəsinin başlanmasından bəri, təxminən dörd il yarım ərzində birbaşa döyüş əməliyyatları nəticəsində həyatını itirən insanların sayının ən azı 500 min ilə 700 min arasında olduğu təxmin edilir.

BMT rəsmi olaraq 15 min 500-dən çox Ukrayna vətəndaşının həlak olduğunu təsdiqləyib.Lakin təşkilat bölgələrə çıxış imkanlarının məhdud olması səbəbindən real itki sayının təsdiqlənmiş rəqəmlərdən xeyli yüksək ola biləcəyini dəfələrlə vurğulayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"