Adil Kərimli Parisə yollandı

Adil Kərimli Parisə yollandı

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisə səfər edib.

"Cebheinfo.az" xəbər verir ki, heyətin UNESCO-nun Baş qərargahında keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulub.

Nümayəndə heyəti həmçinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında və UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyasında iştirak edəcək. 

Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri, mədəni irsin qorunması və beynəlxalq mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

"Cebheinfo.az"