Gözlər dünyanın zirvəsində: Nə ilə yadda qalacaq?
G7 Zirvəsi deyildikdə, dünya siyasətinin ən böyük səhnəsi ağla gəlir.
Bu dəfə ünvan Fransanın Cenevrə gölü sahilində yerləşən Evian şəhəridir. Çünki Fransa bu il "dünyanın yeddi aparıcı sənaye ölkəsi" kimi təsvir edilən qrupun rotasiyalı sədrliyini həyata keçirir.
"Cebheinfo.az" xəbər verir ki, 2026-cı il eyni zamanda, Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla yenidən görüşməsi deməkdir. G7 ölkələri ABŞ, Fransa, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Kanada və İtaliyadan ibarətdir.
İqtisadi güclərin bu görüşü, həmişə olduğu kimi, özü ilə yüksək səviyyəli təhlükəsizlik tədbirləri tələb edir. Çünki Evian və ətrafında yenidən kütləvi etirazlar elan edilib. Etirazlar qlobal miqrasiya hərəkatlarına, iqlimin qorunmasına, varlılarla kasıblar arasındakı uçuruma və bəzən zorakılığa çevrilən bu məsələlərə reaksiyalara yönələcək.
Eynilə Rusiyanın da qatıldığı 2003-cü ildə Evian şəhərində keçirilən G8 Zirvəsi zamanı olduğu həmin dövrdə çoxsaylı müəssisələr talan edilib və nəticədə on milyonlarla avro dəyərində ziyan dəymişdi.Ukraynanın gələcəyi Evian sammitində əsas mövzulardan biri olacaq.
Almaniya hökumət dairələrinin qiymətləndirmələrinə görə, son aylarda Rusiya ilə müharibədə hərbi balans dəyişib. Ukraynanın əldə etdiyi bəzi uğurlar Rusiya prezidenti Vladimir Putinlə sülh danışıqlarının başlanacağına ümidlər yaradıb. Lakin avropalılar bu prosesdə masada olmaq istəyirlər.
Fransa rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin çərşənbə axşamı səhəri G7 sessiyalarından birində iştirak edəcəyini açıqlayıblar. Lakin bunun video bağlantı vasitəsilə və ya şəxsən olacağı hələlik məlum deyil.
Ev sahibi Fransa Prezidenti Emmanuel Makron bildirmişdi" "Bu, bizim üçün çox vacibdir, çünki G7 daxilində Ukraynaya dəstək məsələsində ortaq bir anlaşmanı bərpa etməliyik".
Başqa sözlə, məqsəd Ukraynadakı müharibəni Donald Trampın gündəliyində ön plana çıxarmaqdır.
Almaniya Kansleri Fridrix Merts isə Federal Parlamentə etdiyi çıxışında bildirmişdi ki, davamlı sülhə yalnız Ukrayna, Rusiya, ABŞ və Avropanın iştirak etdiyi danışıqlar yolu ilə nail olmaq olar. Başqa yol yoxdur.
Xatırladaq ki, Cenevrə gölü sahilində keçiriləcək sammitin tarixi dəyişimdi. Bu, Trampa 80 illik yubileyini 14 iyun bazar günü ABŞ-də qeyd etməyə imkan verib. Fransa Prezidenti Makron Trampın ad gününü ölkəsində qeyd edə bilməsi üçün sammitin başlama tarixini bir gün təxirə salıb.
ABŞ tərəfi süni intellektin iqtisadi potensialının da müzakirə olunmasını istəyib. Buna görə də, fransızlar texnologiya dünyasından bir neçə nümayəndəni, o cümlədən San-Fransiskoda yerləşən "OpenAI"-nin baş direktoru Sem Altmanı Eviana dəvət ediblər.
Keçən il Kanadada keçirilən G7 Zirvəsində olduğu kimi, bu il də yeddi liderdən birgə kommunike gözlənilmir. Bunun əvəzinə, konkret mövzular üzrə ayrıca razılaşmalar planlaşdırılır.
Bütün iştirakçılar ümid edirlər ki, bu dəfə Donald Trampla yeni gərginlik olmayacaq. ABŞ Prezidenti 2025-ci ildə Kanadada keçirilən sammiti planlaşdırılandan daha tez tərk etmişdi.
Nigar
"Cebheinfo.az"

