Murad Məmmədov "Pafos" klubu ilə müqavilə imzalayıb
Murad Məmmədov Kiprin "Pafos" klubu ilə müqavilə imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı vingerin müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər olacaq.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan futbolçu həmçinin Azərbaycan U-21 millisinin də üzvüdür.
"Cebheinfo.az"

