İsrail Trampa qarşı çıxdı: "Bura banan respublikası deyil"
İsrailin milli təhlükəsizlik naziri, radikal siyasətçi İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına cavab verib.
O, İsrailin təhlükəsizlik məsələlərində müstəqil qərarlar qəbul etdiyini bildirib.
Ben-Qvir “X” hesabında bu barədə yazıb: "ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma İsrail üçün məcburi xarakter daşımır. İsrail ABŞ-yə tabe deyil və müstəqil, suveren dövlətdir. Biz ABŞ-ni sevirik və Prezident Trampa minnətdarıq. Bununla belə, İsrail dövləti banan respublikası deyil”.
Nazir vurğulayıb ki, İsrail öz təhlükəsizliyini riskə ata biləcək heç bir razılaşmanı qəbul etməyəcək: "Belə sənədlər ölkəni öhdəlik altına salmır".
O, habelə "Hizbullah"a qarşı sərt mövqe nümayiş etdirib. O bildirib ki, bu təşkilat tamamilə məhv edilməlidir.
Xəzər
"Cebheinfo.az"

