Yeni planet kəşf edildi: HƏYAT VAR?

Yeni planet kəşf edildi: HƏYAT VAR?

Alimlər ilk dəfə olaraq Yerdən təxminən 110 işıq ili uzaqda yerləşən bir planetin görüntüsünü çəkiblər.

"Cebheinfo.az" xəbər verir ki, bu mühüm hadisə NASA-nın “James Webb” kosmik teleskopu vasitəsilə çəkilib.

NASA-nın “James Webb” kosmik teleskopu artıq üç ildir ki, qalaktikamız və onun hüdudlarından kənarda maraqlı fotoşəkillər çəkərək Yerə göndərir.

"TWA 7b" adlandırılan planet "Antlia" adlı bürcdə yerləşir və hələ çox gənc olan "TWA 7" ulduzunun ətrafında fırlanır.

Alimlər bildirirlər ki, bu planetin ölçüsü və kütləsi Saturna bənzəyir. Görüntü “James Webb” kosmik teleskopunun üzərindəki "MIRI" adlı cihazla çəkilib.

Fransanın Elmi Tədqiqatlar Mərkəzi (CNRS) bildirib ki, aparılan dəqiqləşdirmələrdən sonra alimlər bu cismi planet kimi qəbul ediblər.

Əslində bu ulduzun ətrafında əvvəllər də toz və daşlardan ibarət halqalar müşahidə olunub. İndi isə bu yeni görüntülər həmin halqalardan birində xırda bir boşluq və nazik quruluşun olduğunu da göstərib.

Mütəxəssislər hesab edirlər ki, bu boşluq planetin təsiri ilə yaranıb.

Alimlər deyirlər ki, "TWA 7b" adlı bu planet daha əvvəl çəkilən planetlərdən təxminən 10 dəfə yüngüldür.

Mütəxəssislərin fikrincə, belə planetləri müşahidə etmək daha asandır, çünki onlar daha parlaq olur.

“James Webb” kosmik teleskopunun bu uğuru, kosmosda Yerə bənzəyən digər planetlərin araşdırılmasında çox önəmli bir addım sayılır.

Tədqiqatçılar ümid edir ki, bu cür kəşflər planetlərin necə yarandığını daha yaxşı anlamağa kömək edəcək.

Hazırda NASA ABŞ Kosmik agentliyinin “James Webb” kosmik teleskopu uzaq ulduzlar ətrafında dövr edən Yer kürəsinə yaxın ölçülü 5 900-dən çox planet aşkar edib.

Səbinə Uğur
"Cebheinfo.az"