Məşhur təhsil eksperti vəfat etdi

Məşhur təhsil eksperti vəfat etdi

Tanınmış təhsil eksperti Nadir İsrafilov 73 yaşında dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, N.İsrafilov üç gün öncə ağır vəziyyətdə Avropa Beynəlxalq Hospitalın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Nadir İsrafilov 1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunda doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib.

Fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.

Allah rəhmət eləsin!

"Cebheinfo.az"