ABŞ Prezidenti Çinə səfər etməyə hazırlaşır

ABŞ Prezidenti Çinə səfər etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin sonunda Çinə rəsmi səfər edəcəyi gözlənilir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Nikkei Asia" nəşri məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Trampı onlarla iri şirkətin rəhbərindən ibarət biznes nümayəndə heyəti müşayiət edəcək.

Qeyd olunub ki, səfərin formatı ABŞ prezidentinin bu ilin mayında Yaxın Şərq ölkələrinə etdiyi səfərlə oxşar olacaq.

"ABŞ rəsmiləri Trampın ilin sonunda Çin Xalq Respublikasına səfəri ilə bağlı planlar hazırlayırlar. Səfərdə Ağ Ev rəhbərini onlarla şirkətin icraçı direktoru müşayiət edəcək", - deyə materialda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Çin Sədri Si Cinpinə ABŞ-yə səfərlə bağlı rəsmi dəvət göndərmişdi. Çin lideri də eyni addımı ataraq Trampı Çinə dəvət etmişdi. Öz növbəsində ABŞ Prezidenti Tramp dəvəti qəbul etdiyini və "uyğun bir vaxtda" səfəri həyata keçirəcəyini bildirmişdi.

"Cebheinfo.az"