Bred Pittə böyük ŞOK

Yenisabah.az bildirir ki, Məşhur aktyor Bred Pitt-in Los-Ancelesdəki evi üç oğru tərəfindən soyulub.
Hazırda “Formula 1” filmi ilə gündəmdə olan Pitt, yeni filminin tanıtımı üçün müxtəlif ölkələrdə olduğu üçün evdə olmayıb.
Los-Anceles polisi bildirib ki, üç şübhəli Los Feliz bölgəsində yerləşən malikanəyə ön pəncərədən daxil olub və evi qarət ediblər. Oğrular hadisə yerindən qaçmağı bacarıb, amma nələrin oğurlandığı hələ məlum deyil.
ABŞ mediasının məlumatına görə, Pitt bu evi 2023-cü ildə 5,5 milyon dollara alıb. Hadisə 25 iyun axşam saat 22:30 radələrində baş verib. Polis oğurlanan əşyaların maddi dəyəri barədə məlumat verməyib. Pitt hadisə zamanı evdə olmayıb. O, bir neçə gün əvvəl “Formula 1” filminin qala gecəsi üçün İngiltərədə idi. Qala mərasimində Tom Cruise və yeddiqat dünya çempionu Lewis Hamilton da iştirak ediblər.
Aktyor yeni filmin qalasına sevgilisi Ines de Ramonla qatılıb. Bundan əvvəl Los-Ancelesdə Nicole Kidman və Keith Urban da oxşar hadisələrlə üzləşiblər.
"Cebheinfo.az"