Azərbaycan düyü idxalını 17 %-ə yaxın azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 27 min 210 ton düyü idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə düyünün dəyəri 25 milyon 811 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 376 ton (16,5 %), dəyər baxımından isə 8 milyon 66 min ABŞ dolları (23,8 %) azdır.
Hesabat dövründə düyü idxalına çəkilə xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ini təşkil edib.
"Cebheinfo.az"