Tramp bu xəbəri təkzib etdi: “Bu insanlar xəstədir”

Tramp bu xəbəri təkzib etdi: “Bu insanlar xəstədir”

ABŞ Prezidenti Donald Tramp İrana nüvə obyektləri tikmək üçün pul vermək istədiyi xəbərləri yalanlayıb.

"Cebheinfo.az"-ın məlumatına görə, ABŞ Prezidenti bu barədə özünün "Truth Social" platformasında yazıb. 

“Saxta mediada kim iddia edir ki, Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir? Bu gülünc fikir haqqında heç eşitməmişdim.

Bu, sadəcə olaraq, saxta media tərəfindən alçaldılmaq üçün ortaya atılan növbəti hiylədir. Bu insanlar xəstədir!”, - deyə Tramp bildirib. 

Qeyd edək ki, iyunun 26-da “CNN” Vaşinqtonun İrana mülki nüvə proqramı yaratmaq üçün təxminən 30 milyard dollar həcmində kömək etmək planı hazırladığını yazıb.

Müşfiq Abdulla
"Cebheinfo.az"