Türkiyədə meşələrə giriş qadağan olundu

Türkiyə hökuməti ölkənin 47 vilayətində meşə ərazilərinə daxil olmağa müvəqqəti qadağa tətbiq edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə məsələ bir sıra vilayət valilərinin iştirakı ilə keçirilən Meşə Yanğınlarına Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında müzakirə olunub.
Meşələrə baş çəkməyi qadağan etmək qərarı meteoroloqların həddindən artıq isti və küləkli hava ilə bağlı proqnozları nəzərə alınaraq qəbul olunub.
İclasda meşə yanğınları zamanı fəaliyyət proseduru müəyyən edilib, o cümlədən əhalinin təbii fəlakət zonasından təxliyəsi ssenariləri ilə bağlı yanğınsöndürmə xidmətlərinə müvafiq tapşırıqlar verilib.
Komissiyanın qərarına əsasən, Qara dənizdə 11, Mərmərədə 10, Egeydə 8, Aralıq dənizində 8, Cənub-Şərqdə 3, Şərqi Anadoluda 2, İç Anadoluda 5 olmaqla, iyulun 1-dən noyabr 30-dək meşə ərazilərinə səfər etmək qadağan olunub.
"Cebheinfo.az"