"Kəpəz" kapitanı ilə yollarını ayırıb

"Kəpəz" kapitanı Yeqor Xvalko ilə vidalaşıb.
"Report"un əldə etdiyi məlumata görə, belaruslu müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Y.Xvalko son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. 28 yaşlı oyunçu Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 95 çempionat matçında 3 qol vurub.
"Cebheinfo.az"