Qəbələdə əməliyyat olunan 16 yaşlı qız xəstəxanada öldü

Qəbələdə əməliyyat olunan 16 yaşlı qız xəstəxanada öldü

Qəbələdə 16 yaşlı qız xəstəxanada ölüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Qəbələ rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Həkimlərin müayinəsindən sonra ona boğaz ətinin əməliyyat olunması məsləhət görülüb və o, əməliyyat olunub. Yeniyetmə qız əməliyyatdan üç gün sonra xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"