Hakan Fidan: "Ukraynadakı münaqişə ilə bağlı fikirlər dəyişib"

Hakan Fidan: "Ukraynadakı münaqişə ilə bağlı fikirlər dəyişib"

“Avropa ölkələrinin siyasətçiləri Ukraynadakı münaqişənin dözülməz nəticələrini bilirlər”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Nazirin sözlərinə görə, Ukraynadakı münaqişə ilə bağlı fikirlər dəyişib.

O, bunu NATO-nun Haaqadakı sammitində müşahidə etdiyini deyib.

Fidan xatırladıb ki, Avropanın əksər ölkələri əvvəllər atəşkəs istəmirdilər.

“İndi vəziyyətin dözülməz həddə çatdığını görürlər”, - deyə Türkiyənin XİN başçısı bildirib.

"Cebheinfo.az"