İran nüvə obyektlərinin bərpasına başladı

ABŞ-ın iyunun 22-də “B-2” bombardmançıları ilə vurduğu İranın yeraltı nüvə obyektlərində yenidənqurma işlərinə başlanılıb.
“Cebheinfo.az” xəbər verir ki, peyk görüntüləri xüsusilə Fordo, Natanz və İsfahandakı obyektlərdə tikinti texnikasının aktiv işlədiyini göstərir.
Qeyd edək ki, ABŞ ordusu bu hücumlarda ilk dəfə “GBU-57 MOP” bunker əleyhinə bombalardan istifadə edib.
Bu bombalar obyektlərin dərinliklərindəki hava boşluqlarını hədəfə alaraq dağıdıb. Pentaqon “Gecəyarısı evakuator” adlanan bu əməliyyatın uğurlu keçdiyini açıqlayıb və İranın nüvə proqramına ciddi ziyan vurduğunu bəyan edib.
Görüntülərdə dağın yamacındakı çuxurların ətrafında ekskavatorların, buldozerlərin və kranların işlədiyi, obyektlərin əsas yollarına çıxışı təmin etmək üçün yeni keçidlərin açıldığı görünür.
Mütəxəssislərin rəyinə görə, İranın prioriteti çökmüş hava boşluqlarını yenidən açmaq və obyektlərə dəyən ziyanı qiymətləndirməkdir. İsrail isə obyektlərdə hələ də basdırılmış yüzlərlə kilo zənginləşdirilmiş uranın olduğunu iddia edir və İranın nüvə silahı istehsal etmək gücünə çata biləcəyinə dair xəbərdarlıq edir.
İsrail hökuməti bundan əvvəl də İranın nüvə obyektlərini yenidən quracağı təqdirdə hücum edəcəyinə ilə bağlı bəyanatlar verib. ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, rəsmi Təl-Əvivin hadisələri diqqətlə izlədiyi məlumdur.
ABŞ Prezidenti Donald Tramp hücumdan sonra verdiyi açıqlamada İranın nüvə infrastrukturu tamamilə məhv edildiyini deyib.
Bununla belə, peyk görüntüləri və Pentaqon mənbələri İranın nüvə potensialını bərpa etmək üçün sürətli addımlar atdığını göstərir.
Müşfiq Abdulla
“Cebheinfo.az”