Hakan Fidan: Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıqla səmərəliliyi artıracağıq

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı daha çox əməkdaşlıq etməklə səmərəliliyi artıracağıq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbul Konqres Mərkəzində təşkil olunan “Qlobal nəqliyyat dəhlizləri” Forumunda çıxışında deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi və artan geosiyasi risklər qarşısında Orta Dəhlizin əhəmiyyəti daha da artıb:
“Bu xətt iqtisadi inkişaf və ticarətin şaxələndirilməsi üçün imkanlar yaradır”.
Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu bu marşrutun mühüm tərkib hissəsidir.
Diplomat əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Orta Dəhlizin mühüm komponentinə çevrilməsi Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı nümunəvi üçtərəfli əməkdaşlığın nəticəsidir.
"Cebheinfo.az"