Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi - FOTOLAR

Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi - FOTOLAR

Astarada dövlət sərhədində xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, səhər saatlarından başlayaraq Astara buraxılış məntəqəsindən keçid təmin olunur. Xarici ölkə vətəndaşlarına zərurət yarandığı halda tibbi yardım xidməti göstərilir.

Bu gün ABŞ, Çin və İran əsilli xarici ölkə vətəndaşlarından ibarət bir neçə ailənin gömrük xidməti prosudurlarına uyğun olaraq, keçidi təmin olunub və Bakı şəhəri istiqamətinə yola salınıb.

Buraxılış məntəqəsindən kənarda xüsusi ofislər yaradılıb. Burada ayrı-ayrı ölkələrin diplomatik nümayəndəliyinin təmsilçiləri vətəndaşlarını qəbul edir.

Təxliyə olunanlar Azərbaycan tərəfində gördükləri xoş münasibət və rahat, təhlükəsiz keçidə görə minnətdarlıq edirlər.

"Cebheinfo.az"