Nurlan Ordubadlı: "Türkiyədə klip çəkdirmək istəyirəm"

"Hazırda yeni klip üzərində çalışıram".
Bu sözləri məşhur müğənni Nurlan Ordubadlı "Cebheinfo.az"-a açıqlamasında deyib.
O, yeni klipini Türkiyədə çəkdirmək istədiyini söyləyib:
"İnşallah yeni mahnım "Yaşasın Türkiyə-Azərbaycan" mahnıma klip çəkdirəcəyəm. Mahnının sözləri və musiqisi hər zaman olduğu kimi mənə məxsusdur. Aranjmanı isə Elmin Bəylərov edib. Qısa zamanda klipi də çəkib, təqdim etmək istəyirik".
Sənətçi kliplə bağlı planlarından da danışıb:
"Bir çox ideyam var. Klipin yarısını Azərbaycanda, yarısını da Türkiyədə çəkməyi düşünürəm. Yəni iki dəqiqə buradan, iki dəqiqə də qardaş ölkədən sujetlərin olmasını istəyirəm. Məsələn, İstanbulda insanların nəqarəti mənlə xor şəklində yürüş edərək oxuması maraqlı alınar".
İfaçı klipin rejissorunun türk ola biləcəyini də istisna etməyib:
"Klipi kimin çəkəcəyinə hələ qərar verməmişəm. Rjissorun türk olma ehtimalı da var. Hətta belə olması çox gözəl alınar. Mən gücüm çatanı etməyə çalışacağam".
Nurlan Ordubadlı Türkiyədən bir çox dəvət aldığını da etiraf edib:
"Əslində, tez-tez Türkiyədən efirlərə və konsertlərə dəvət alıram. Sağ olsunlar, dost-tanış hər cür şərait yaradacaqlarını deyirlər. Lakin mən bu təklifləri qəbul etmirəm. Çünki heç bir işimdə kiminsə haqqının olmasını istəmirəm.
"Yaşa Azərbaycan" başda olmaqla, bir çox mahnım Türkiyədə dillər əzbəridir. Mən bütün bunlara sadəcə öz əziyyətimlə nail olmuşam. Buralara sadəcə öz zəhmətimlə gəlmişəm.
Ona görə bundan sonra da yoluma kiminsə dəstək verməyini qəbul etmirəm. Mənim üçün əsas olan xalqın sevgisini qorumaqdır".
Elmir Mustafa
"Cebheinfo.az"