"Gəncə" voleybol klubu kolumbiyalı statistiklə müqavilə bağlayıb

"Gəncə" voleybol klubu kolumbiyalı statistik Marta Karrilyo ilə müqavilə bağlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Voleybol üzrə ixtisaslaşmış magistr təhsilinə malik mütəxəssis həmçinin FIVB Level II (Beynəlxalq Voleybol Federasiyası II səviyyə) sertifikatlı məşqçidir.
Qeyd edək ki, Marta Karrilyo statistik kimi ötən mövsümü Kolumbiyanın "Club Life Volley" komandasında keçirib. O, Perunun "Alianza Lima" və Kolumbiyanın "Bogota State Team" komandalarında da çalışıb.
Mütəxəssis 2020-2022-ci illərdə Meksika millisində statistik vəzifəsini yerinə yetirib.
"Cebheinfo.az"