Müharibə Netanyahu üçün düşərli olub

İsraildə İrana qarşı hücumlar bitdikdən sonra aparılan sorğuya görə, hazırkı Baş nazir Binyamin Netanyahunun “Likud” (konsolidasiya) Partiyasının reytinqi artıb.
“Cebheinfo.az”-ın məlumatına görə, İsrailin dövlət televiziyası “KAN” İrana qarşı hücumların hakim partiyanın mövqeyini gücləndirdiyini xəbər verir. İsrailin İrana qarşı 12 günlük hücumlarının atəşkəs elan edilməsi ilə başa çatmasından sonra keçirilən sorğunun nəticələrinə görə, seçkilərin keçiriləcəyi təqdirdə, İsrail Baş naziri Binyamin Netanyahunun “Likud” Partiyasının 120 yerlik İsrail Parlamentində (Knesset) 31 deputat mandatı qazanacağı məlum olub.
Əvvəlki sorğularda “Likud”un parlamentdəki yerlərinin sayının 23 olduğu və İrana hücumlardan sonra bu rəqəmin xeyli artdığı qeyd edilib. Aviqdor Libermanın rəhbərlik etdiyi “Evimiz İsrail” Partiyası reytinqinə görə, əvvəlki sorğularla müqayisədə 2 mandat itirərək 15 yerlə ikinci yeri tuta bilər. Əgər müxalifət partiyası olan “Gələcək” bundan əvvəlki sorğuda 2 mandat qazanacaq qədər dəstək almışdısa, hazırda bu göstərici artaraq 14 deputat yerinə yüksəlib. Yəni Gələcək Partiyası üçüncü yerdə qərarlaşıb.
İfrat sağçı “Yəhudi Gücü” və hökumət koalisiyasnda iştirak edən ultra-pravoslav (Haredi) partiyaları öz səslərini qoruyub. Maliyyə naziri Bezalel Smotriçin Dini Sionizm Partiyası isə baryeri keçə bilməyib.
Netanyahu hökumətinin əvvəlki sorğularla müqayisədə səslərini artıraraq 4 mandat daha çox qazanmasına baxmayararaq, səs çoxluğu əldə etməkdən hələ çox uzaq olduğu bildirilir.
Müşfiq Abdulla
“Cebheinfo.az