Müğənni sərvətini bölüşdürdü: Nəvənin də payı var

"Faytonçu Nazim" (Nazim Pişiyari) vəsiyyətini açıqlayıb.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, o, varidatını övladları arasında bölüb:
"2 övladım və 2 nəvəm var. İkinci nəvəm "baba" deyən kimi ona kart bağışlayacağam və içərisində müəyyən məbləğ olacaq. 18 yaşına çatana qədər orada qalacaq. O vaxta kimi 100 min manata yüksələr. Qızım xaricdə yaşayır. Ona bir ev bağışlamışam, adına da keçirtmişəm. Qalan nəyim varsa, oğluma vəsiyyət edəcəyəm".
"Cebheinfo.az"