Reper Mbappeni təhdid etdi

Reper Mbappeni təhdid etdi

Fransalı reper Buba sosial şəbəkələrdə "Real Madrid"in futbolçusu Kilian Mbappeni təhdid edib.

O, futbolçunu xəstəliyi ilə bağlı məlumatları açıqlamaqla hədələyib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Məlumata görə, reperi hiddətləndirən Mbappenin PSJ-ni psixoloji təzyiqdə ittiham edərək məhkəməyə verməsi olub.

"Əgər Nasser əl-Xelaifini rahat buraxmasan, mən ona Palm-Biçdə nə etdiyini, kiminlə olduğunu və xəstəliyə necə yoluxduğunu deyəcəyəm. Get futbolunu oyna, qol vur və köynək sat", - reper yazıb.

Qeyd edək ki, iyunun 19-da Mbappe kəskin qastroenterit diaqnozu ilə ABŞ-də xəstəxanaya yerləşdirilib, lakin elə həmin gün komandanın düşərgəsinə qayıdıb. 26 yaşlı futbolçu bir neçə gün ərzində yalnız meyvə və maye qidalar qəbul edib.

"Cebheinfo.az"