SEPAH generalın öldürülməsini təsdiqlədi

SEPAH generalın öldürülməsini təsdiqlədi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) general Səid İzadinin İsrailin ölkəyə endirdiyi raket zərbələri nəticəsində öldüyünü təsdiqləyib.

“Qafqazinfo” “IranWire” portalına istinadən xəbər verir ki, generalın dəfni şənbə günü Tehranda baş tutacaq. 

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail Müdafiə ordusu briqada generalı Səid İzədinin zərərsizləşdirildiyini açıqlamışdı.

“Cebheinfo.az”